Almaniyada son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1218 yoluxma faktı qeydə alınıb.
Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Beləliklə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 243599 nəfərə çatıb.
Son 24 saat ərzində koronavirusdan 4 nəfər vəfat edib. Almaniyada indiyədək bu virusa yoluxaraq vəfat edənlərin sayı 9302 nəfərdir/APA.