XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 20:44

Cozep Borrell Tripolidə Liviyanın Baş naziri Faiz Səracla görüşüb:"Atəşkəs anlaşmasını alqışlayırıq"

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Liviya Milli Razılıq Hökumətinin rəhbəri, Liviyanın Baş naziri Faiz Səracla görüşüb.

Bu barədə Cozep Borrell “Twitter” hesabında yazıb.

“Tripolidə Səracla və hökumət kabinetinin üzvləri ilə görüşdüm. Liviya Aİ üçün əsas prioritet olaraq qalır. Son atəşkəs anlaşmasını alqışlayırıq və dialoqa, münaqişənin siyasi həllinə dəstək verməyə davam edirik”, – deyə o, bildirib.

C. Borrell əlavə edib ki, görüşdə siyasi prosesi inkişaf etdirmək, “5+5” formatında hərbi komitə danışıqlarının bərpası və neft blokadasının qaldırılması yolları müzakirə olunub.

“Aİ Liviyada münaqişənin sona çatması üçün əsas amillər olan silah embarqosu da daxil olmaqla, Berlin prosesi, vasitəçilik səyləri və de-eskalasiya tədbirlərini qətiyyətlə dəstəkləyir”, – deyə Aİ-nin Ali Nümayəndəsi vurğulayıb/APA.