XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 17:30

İtaliya nəşri Qarabağdan yazdı

Azərbaycan əsgərləri ilə bir səngərdə

İtaliyanın tanınmış nəşrinin müxbiri Fausto Bilozlavo bu günlıərdə Dağlıq Qarabağ cəbhəsində olub.

Strateq.az İnopressa.ru-ya əsasən xəbər verir ki, jurnalist yazıb:

“Ermənilərlə azərbacanlılar arasında 1990-cı ildə Dağlıq Qarabağa nəzarət uğrunda qızışmış qanlı müharibə dondurulmuş münaqişəyə çevrilib. 689 kəndi öz adını Dağlıq Qarabağdan qaçqın alilələrin sayına görə alıb. Qafqazın lap mərkəzində yerləşmiş bu rayon uğrunda savaş başlanandan sonra tərəfləri I Dünya savaşında olduğu kimi səngərlər ayırır. Ağdam rayonunda bütün azərbaycanlılar ermənilərin işğal edə bilmədiyi 30%-lik əraziyə sığınıb. Məhəmməd Aslanovun tutqun baxışları var. 13 yaşından qaçqın düşüb və 20 il çadırda yaşayıb. Ancaq 2010-cu ildə Bakı hökuməti 689 kəndini inşa edib. Qaçqın izah edir: “Mən öz gəncliyimi itirmişəm. İstəmirəm ki, faciə mənim övladlarıma da toxunsun. Anam bir il əvvəl dünyasını dəyişib. Lakin mən onu istədiyi kimi əri ilə yanaşı dəfn edə bilmədim: kəndimizi ermənilər işğal edib”. Oruc Cabbarov qətiyyətlə danışır: “Torpaqlarımızı sülhlə qaytarmaq şansı yaranmsa, mən yenidən döyüşməyə hazıram”.

Azərbaycan hərbçiləri də əzmkar ruhdadırlar. Onların komandiri, polkovnik Abdulla Qurbani Qafqaz atalar sözlərini məsəl çəkərək bu sonsuz müharibənin məğzini izah edir: “Torpaq su ilə qarışanda palçığa çevrilir, lakin qanla qarışanda vətən olur”.

Tanrıverdiyevlər ailəsi cəbhə xəttinin yanında yaşayır. 28 yaşlı Emin zarafata başlayır: “Biz üç qardaşıq və biz torpağaımızı qoyub getmək istəmirik. Amma haradan arvad tapaq? Biz qızlara ancaq ön cəbhədə kəndli işi təklif edə bilərik”.