XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2016 - 10:06

Qazaxstanda seçkilərdə hakim partiya qalib gəlib –Yekun nəticələr

 

qazax secki

Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başa çatıb, səslərin sayılmasına başlanılıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, seçkilərdə seçicilərin 75 faizdən çoxu iştirak edib.

Ekzit-polların nəticələrinə görə parlamentə 7 faizdən çox səs toplayan üç partiya keçir. İlkin nəticələrə əsasən hakim “Nur Otan” partiyası 82 faiz, "Ak jol” demokratik partiyasi 7,22 faiz, kommunist partiyası isə 7, 17 faiz səs toplayıb.

Qeyd edək ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda Prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.