Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı sentyabrın 2-nə 25 904 164 nəfər təşkil edir.
861 251 nəfər vəfat edib.
Bu barədə “Worldometer” statistika saytında deyilir.
Sözügedən virusa yoluxma sayına görə dünya liderləri ABŞ, Braziliya və Hindistandır.
ABŞ-da indiyədək 6 257 571 nəfər insanda koronavirus aşkarlanıb. Virusdan ölənlərin sayı isə 188 900 nəfərdir.
Braziliyada bu göstəricilər müvafiq olaraq 3 952 790 və 122 681, Hindistanda isə 3 769 523 və 66 460 təşkil edir.
Siyahnın dördüncü yerində Rusiya qərarlaşıb. Bu ölkədə COVID-19-a 1 000 048 nəfər yoluxub, 17 299 nəfər ölüb. (apa)