Rusiyada koronavirusa yoluxanların sayı artır.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 952 nəfər virusa yoluxub, 115 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 005 000 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 414 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 821 169 nəfər virusdan sağalıb, 166 417 nəfərin müalicəsi isə davam edir.