XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2020 - 14:18

Beynəlxalq sərnişin daşımalarda tələb 92% azalıb –IATA

Bu ilin iyul ayında koronavirus pandemiyasının təsiri ilə beynəlxalq hava sərnişin daşımalarında tələb ötən ilin eyni dövrü ilə müqayisədə 91,9% azalıb.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

IATA-nın açıqlamasına görə, Şengen Bölgəsində uçuşların yenidən bərpa edilməsinin beynəlxalq tələbin artmasına kömək etdiyi, ancaq digər beynəlxalq bazarlarda iyun ayına nisbətən “çox az” dəyişiklik olduğu ifadə edilib.

“Əsasən hər 5 potensial sərnişindən 4-ü evdə qaldığı üçün aviasiya sənayesi hələ də iflic vəziyyətdədir”, – deyə qurumun baş meneceri Alexandre de Juniac bildirib. (report)