XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 15:21

“Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır” –Sergey Lavrov

“Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Mekeylə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Belarusda vəziyyətin qeyri-stabilləşməsi ilə bağlı fəaliyyətin Ukraynanın ərazisindən aparıldığına dair Rusiyanın əlində təsdiqlənmiş məlumatlar var. Belarusda vəziyyəti qeyri-stabilləşdirmək üçün Ukraynada hazırlaşdırılmış təxminən 200 ekstremistin hazırda orada olması haqqında məlumatlar mövcuddur. Xüsusi xidmət orqanları onlarla məşğul olmalıdır”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (apa)