XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 18:07

Böyük neft ehtiyatlarına sahib olan Küveytin vəsaitləri tükənir –"Bloomberg"

Dünyada ən böyük neft ehtiyatlarına sahib olan Küveyt neftin ucuzlaşması nəticəsində çətin vəziyyətə düşüb.

Bu barədə “Bloomberg” yazır.

Bu il Küveytin neft-qaz ixracının 2014-cü ilin ən yüksək səviyyəsinin yarısınadək enəcəyi qeyd olunur. Hökumətin likvid aktivləri praktiki olaraq tükənib ki, bu da Küveytin büdcə kəsirini ödəmək iqtidarında olmadığına dəlalət edir. Bu rəqəmin 46 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.

OPEC tarixi bir azalmadan sonra karbohidrogen qiymətlərini bərpa edib, lakin bir barel üçün 40 dollar hələ də çox aşağıdır. Koronavirus pandemiyası və bərpa olunan enerji mənbələrinə keçid enerjini ucuzlaşdırmaq təhlükəsi yaradır. (apa)