XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Sentyabr 2020 - 17:45

“Rusiyada qaz hasilatının bu il 10% azalacağı gözlənilir” –Novak

Rusiyada bu il qaz hasilatı, gözlənildiyi kimi, 2019-cu ilə nisbətən 10% azalacaq.

Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Qaz sənayemiz də bu il istisna deyil, qlobal tələbat əhəmiyyətli bir azalma yaşadı, bu da istehsalımıza təsir edib. Düşünürəm ki, mövcud tendensiya nəzərə alınaraq, bu il də qaz hasilatında 2019-cu illə müqayisədə təxminən 10% azalma görəcəyik. Bu, əlbəttə, sözügedən sahədə ümumi vəziyyətə təsir edən əhəmiyyətli bir göstəricidir”, – deyə A. Novak bildirib.

Nazir 2020-ci ildə Rusiyada neft hasilatının illik müqayisədə 10% azalaraq təxminən 510 mln. tona enəcəyini, avqust-dekabr aylarında isə azalmanın cari ilin planının 13,8%-ni təşkil edəcəyini qeyd edib: “Bu il istehsalın 2019-cu ilə nisbətən daha aşağı olacağı aydındır. Təxmini hesablamalarımıza görə, may ayından iyun ayınadək təxminən 19% azalma qeydə alınıb. Hasilatın artımı tədricən olduğunu nəzərə alsaq, avqust-dekabr aylarında azalma 2020-ci il üçün nəzərdə tutulan səviyyələrdən təqribən 13,8% olacaq. Müvafiq olaraq 2020-ci il üzrə hasilatın 10% azalaraq təxminən 510 mln. ton səviyyəsinə təşkil edəcəyini gözləyirik”. (apa)