XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2020 - 09:27

“İstənilən ölçüdə obyekti məhv etməyə qadirdir”- İranlı komandan meydan oxudu

“İranın yeni radar sistemləri istənilən ölçüdə olan obyektləri ölkənin hava sahəsini pozduğu təqdirdə məhv etməyə qadirdir”.

APA “Sputnik”ə istinadən xəbər verir ki, bunu İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Alireza Sabahifard çərşənbə günü hava hücumundan müdafiə qüvvələrinin iyirmidən çox nümunələrinin nümayiş etdirildiyi sərgidə çıxışı zamanı bildirib.

O əlavə edib ki, bu gün ölkə səmasında hər hansı bir pilotsuz təyyarəni müəyyənləşdirmək və lazım gələrsə, məhv etmək qabiliyyətinə malikdirlər: Sərgidə təqdim olunan sistemlər İranın arsenalında olan hava hücumundan müdafiə qurğularının çox az hissəsidir”.

Komandan bəzi sistemlərin sürpriz olaraq gizli saxlanıldığını deyib: “Fizli avadanlıq kimi saxlanılan müdafiə sistemləri düşmənləri peşman etmək üçün ehtiyac duyulduqda istifadə ediləcək”.

Təqdim olunan sistemlər arasında təlimlər və simulyasiya məqsədləri üçün istifadə üçün hazırlanmış “Emad” (“Sütun”) sistemi də nümayiş olunub. Bu sistemin İran mühəndisləri tərəfindən sıfırdan inkişaf etdirildiyi bildirilir. Alireza Sabahifard bu günə qədər yalnız bir neçə inkişaf etmiş ölkənin belə bir sistemə sahib olduğunu vurğulayıb.