Ukraynada insanları koronavirus üçün test etmə alqoritmi dəyişəcək. Klinik simptomlar olmadığı təqdirdə, 14-cü gündə PZR testi keçirilmədən özünütəcridetməni başa vurmaq mümkün olacaq. Həm də PZR testi 7-9-cu günə keçiriləcək, bu da öz növbəsində 14 gün gözləmədən özünütəcridetmədən çıxmağa imkan verəcək.
Azərtac xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini – Ukraynanın Baş Dövlət Sanitar həkimi Viktor Lyaşko keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, insanın “sağalanlar kateqoriyası”na düşməsi üçün 1 neqativ PZR testi və klinik simptomların olmaması kifayət edəcək.
O həmçinin qeyd edib ki, artıq koronavirusa yoluxanlar, lakin hələ də ambulator müalicədə olanlar pulsuz test edə bilərlər.