XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2020 - 13:37

Lukaşenko onlara yeni vəzifələr verdi –Belarusda dəyişikliklər

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinə və Dövlət Təhlükəsizlik Şurasına yeni rəhbərlər təyin edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin qərarı ilə indiyə qədər Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri postunda çalışan Valeri Vakulçik Belarus Təhlükəsizlik Şurasının Dövlət katibi təyin edilib. Dövlət Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edilən Andrey Ravkov bu ilin yanvarında bu posta təyin olunmuşdu.
Prezidentin digər qərarı ilə indiyə qədər Dövlət Nəzarət Komitəsinin rəhbəri postunda çalışan İvan Tertel Belarus Dövlət Təhlükəszilik Komitəsinin rəhbəri təyin olunub. Bundan əlavə, Lukaşenko paytaxt Minskə yeni mer təyin edib.

Belə ki, paytaxtın meri Anatoli Sivak bu postdan uzaqlaşdırılıb və Baş nazirin müavini təyin olunub.

Daha əvvəl Baş naziri müavini olmuş Vladimir Kuxarev isə Minskin meri təyin edilib/APA.