XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Mart 2016 - 13:06

Britaniya səfiri qeyri-ənənəvi orientasiyaya sahib olduğunuetiraf edib

Britaniyanın Ukraynadakı səfiri Cudit Qof qeyri-ənənəvi orientasiyaya malik olduğunu açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, C.Qof homoseksual  olduğunu etiraf edib.

«Buzzfeed» nəşrinə müsahibəsində Qof bildirib ki, insanın öz orientasiyası ilə bağlı dürüst olması kifayət qədər çətin, hətta təhlükəlidir. Məhz bu səbəbdən də o, Kiyevdə işləyib-işləməmək barədə xeyli düşünüb. 

Ukraynada cinsi azlıqların cəsarətli addımlarına toxunan diplomat bildirib ki, onlar şüurlu şəkildə böyük risklərə gedirlər.

C.Qof Ukraynada səfir vəzifəsinə 2015-ci ilin mart ayında təyin olunub. O, 2001-ci ildən Britaniya Xarici İşlər Nazirliyində fəaliyyət göstərir.

Ondan əvvəl Şərqi Avropa və Orta Asiya Departamentinin direktoru olub. 2004-2007-ci illərdə Britaniyanın Seuldakı səfirliyində müşavir, 2010–2012-ci illərdə isə ölkəsinin Gürcüstandakı səfiri vəzfəsini tutub.