XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 13:32

Yaponiya Suriyayayardım ayıracaq

Yaponiya Suriyanın çətin gedilən rayonlarının sakinləri üçün əlavə 5 milyon dollar yardım ayıracaq. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin vəsait Beynəlxalq Qızıl Xaç Cəmiyyəti, BMT-nin ərazilərin minalardan təmizlənməsi xidməti və digər beynəlxalq təşkilatlar arasında bölünəcək.

Məlumatda qeyd olunur ki, vəsait Suriyanın mərkəzdən uzaq regionlarında ərzaq yardımı göstərilməsi və su təchizatının bərpası üçün istifadə ediləcək. Bundan əlavə, vəsaitin bir hissəsi təcili tibbi yardımın yaxşılaşdırılmasına və ərazilərin minalardan təmizlənməsinə sərf olunacaq.

Cari ilin yanvarında xarici işlər naziri Fumio Kişida bildirmişdi ki, Tokio Suriyada və Yaxın Şərqdə vəziyyətin sabitləşməsi üçün 350 milyon dollar ayıracaq.

Yaponiyanın Baş naziri Şinzo Abe isə 2015-ci il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasında çıxış edərkən Tokionun Suriya və İraqdan olan qaçqınlara yardım məqsədilə 810 milyon dollar ayıracağını bildirmişdi(Azərtac).