XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 20:12

İranda koronavirus:ötən sutkada 118 nəfər ölüb

İranda ötən sutka ərzində 118 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22044 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2026 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 382772 nəfərə çatıb. Virus daşıyıcılarından 3695 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  330308  nəfər koronavirusdan sağalıb. (apa)