XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2020 - 18:24

Gələn ilin ortalarına qədər COVID-19-a qarşı kütləvi peyvəndlənmə olmayacaq –ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələn ilin ortalarına qədər COVID-19-a qarşı kütləvi peyvəndlənmənin olmayacağını bildirib.

“Reuters”in verdiyi xəbərə görə, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris Cenevrədə keçirilən mətbuat brifinqində deyib: “Gələn ilin ortalarına qədər kütləvi peyvəndlənmənin olacağını gözləmirik”.

Peyvəndlərin klinik sınaqlarına toxunan ÜST rəsmisi əlavə edib ki,  üçüncü mərhələ daha uzun çəkməlidir: “Çünki peyvəndin nə qədər qoruyucu olduğuna və nə qədər təhlükəsiz olduğuna əmin olmalıyıq”. (apa)