XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2020 - 20:25

Belarus 5 ölkəyə uçuşların dayandırılmasını uzadıb –Bu tarixədək

Belarusun “Belavia” şirkəti koronavirus pandemiyası fonunda Rusiya, Latviya, Kipr, Türkmənistan və Gürcüstan istiqamətində uçuşların dayandırılmasını uzadıb.

“BelTA”nın verdiyi məlumata görə, Belarusdan Rusiyaya uçuşların bərpası sentyabrın 30-dək uzadılıb. Rusiyanın Voronej, Kazan və Nijni Novqorod şəhərlərinə isə uçuşların dayandırılması oktyabrın 24-dək uzadılıb.

Eyni zamanda “Belavia” Riqaya (Latviya) uçuşların bərpasını sentyabrın 20-dək, Larnakaya (Kipr) sentyabrın 14-dək, Aşqabada (Türkmənistan) və Gürcüstanın bütün məntəqələrinə isə sentyabrın 30-dək uzadıb. (apa)