XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2016 - 16:16

Avropa Birliyi Savçenkonuazad etməyə çağırdı

Avropa Birliyi ukraynalı pilot Nadejda Savçenkonu azad etməyə çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurum Savçenko ilə bağlı mövqeyində israrlı olduğunu bəyan edib.

Avropa Birliyindən onu da bildiriblər ki, hökmün qüvvəyə minməsi (elan olunandan 10 gün sonra) Savçenkonun Ukraynada cəza çəkən rus məhkumlardan biri ilə dəyişdirilmsəi prosesini başlatmağa kömək edəcək. Məhkumların dəyişdirilməsi prosesi Minsk razılaşmasına əsasən həyata keçirilir.  

Xatırladaq ki, bu gün Donetsk şəhər məhkəməsi Savçenokonu ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilib. Hökmün cəza hissəsi sabah elan olunacaq.

Savçenko Luqanskda iki rusiyalı jurnalistin və bir neçə dinc sakinin ölümündə ittiham olunur. Məhkəmə həmçinin hesab edir ki, ukraynalı pilot rusdillilərə qarşı nifrəti ilə tanınır. Prokuror N.Savçenkoya 23 il iş istəyib.