XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 21:59

Türkiyədə son sutkada koronavirusdan 53 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə son sutka ərzində koronavirusdan 53 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda  200 laboratorıyada 117 113 şübhəli koronavirus testindən keçib, onlardan 1612-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1041 nəfər olub, 1021 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 276 555  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 249 108 nəfər sağalıb, 6564 nəfər ölüb.

Nazir bildirib ki, bu xəstəlikdən ölənlərin sayı son 3,5 aydan sonra ilk dəfə  50-ni keçib.

F.Qoca həmçinin Türkiyədə adət-ənənələrin, bayramların, kütləvi şəkildə dini ibadətlərin,  toy-yas mərasimlərinin məhdudiyyətsiz davam etməsinin COVID-19-un sürətlə yayılmasına səbəb olduğunu deyib. (apa)