XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2020 - 22:13

Fransada koronavirus:rekord sayda yoluxma qeydə alındı

Fransada bir gün ərzində koronavirusa 8 975 yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb. Qeyd edilir ki, bu, epidemiyanın başlanğıcından rekord rəqəmdir.

Martın sonunda bir gün ərzində yoluxma halları 7 578 təşkil edib.

Çərşənbə günü və cümə axşamı 7 mindən çox yoluxma təsbit edilib.

Hazırda ölkənin xəstəxanalarında 4 671 koronavirus xəstəsi müalicə edilir, onlardan 473-ü  reanimasiyadadır.

Epidemiyanın başlanğıcından Fransada COVID-19-dan 30 686 insan ölüb. (report)