İranın qərbində xlor balonunun partlayışı nəticəsində ən azı 120 nəfər xəsarət alıb.
Bu barədə Çardaval vilayətinin sahə başçısı İlam İlyas Fəttahi bildirib.
“Xlorun (balonun-red) partlayışı nəticəsində zərər çəkənlərin sayı 120 nəfərə çatıb”, – “Tasnim” agentliyi ondan sitat gətirib.
Agentlik bildirib ki, xilasetmə xidmətlərinin əməkdaşları ərazidədir, vəziyyət nəzarət altındadır. Hadisənin başvermə səbəbləri araşdırılır. (report)