XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2020 - 00:12

“ABŞ Çinin hərbi potensialının artırılmasından narahatdır” –Pompeo

ABŞ Çin Xalq Respublikasının hərbi potensialının artırılmasından narahatdır.

Bunu “Fox News” telekanalına müsahibəsi zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo bildirib: “Bəli, mən Çinin Kommunist Partiyasının hərbi imkanlarını genişləndirməsindən narahatam. Əminəm ki, ABŞ prezidenti Donald Tramp bizə Amerikanın təhlükəsizliyini təmin etməyə imkan verəcək mövqeləri tutmağımızı təmin edəcək”.

Dövlət katibinin sözlərinə görə, Çin Xalq Respublikasının Silahlı Qüvvələrinin gücləndirilməsi prosesi uzun zamandır davam edir və sürətlənir. (trend)