XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2020 - 11:31

Gürcüstanda koronavirus:yoluxanların sayı 1621 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 25 yoluxma halı qeydə alınıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1621 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6144 nəfər karantində saxlanılır, 292 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1302 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.