XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2020 - 14:44

Belarusda etirazlar:40-dan çox adam saxlanılıb

Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmadan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, – Mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir.