XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2020 - 15:51

Hindistan hakimiyyəti:"Çin 5 hərbçimizi oğurlayıb"

“Hindistan hakimiyyəti bildirib ki, Çin onların 5 hərbçisini oğurlayıb”.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Çinlə Hindistan sərhədində gərginlik qalmaqdadır. Məlumata görə, hərbçilərin oğurlanması Ladakh sərhəd bölgəsində vəziyyəti daha da ağırlaşdıra bilər.

Qeyd edək ki, bu il iyunun 15-də Ladakhın Qalvan vadisində iki ölkə hərbçilərinin toqquşması nəticəsində 20 hindistanlı hərbçi həlak olmuşdu. Çin tərəfi isə itkilərinin sayını açıqlamayıb/Report.