XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2020 - 17:54

İslam Əməkdaşlıq Təşkilatı və Müsəlman Dünyası Liqası birgə mübarizə aparacaqlar- İslamofobiyaya qarşı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Müsəlman Dünyası Liqası (MDL) islamofobiya əleyhinə birgə mübarizə aparacaqlar.

Azərtac xəbər verir ki, bununla bağlı sentyabrın 4-də Ciddədə iki təşkilat arasında Anlaşma Memorandumu imzalanıb.

İƏT-in mətbuat açıqlamasında qeyd olunur ki, sənəddə radikalizm, ekstremizm və islamofobiya əleyhinə birgə mübarizə aparılması, dinlərarası dialoqun və tolerantlığın təbliği, İslam dininin dinc yanaşı yaşamaq, dözümlülük, başqa mədəniyyətlərə hörmətlə yanaşmaq kimi dəyərlərinin dəstəklənməsi nəzərdə tutulur.

Anlaşma Memorandumunu İƏT-in Baş katibi Yusif Əl-Osaymin və MDL-nin Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-Issa imzalayıblar.