XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2020 - 18:56

Səudiyyə Ərəbistanında xaricə qanunsuz pul köçürmələri edən 9 əcnəbi həbs olunub

Səudiyyə Ərəbistanında xaricə qanunsuz pul köçürmələri edən 9 əcnəbi həbs edilib.

Azərtac xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi Ər-Riyad polisinə istinadla məlumat yayıb.

İstintaq zamanı məlum olub ki, Krallıqda müvəqqəti yaşamaq hüququ olan əcnəbilər bu pul vəsaitini Səudiyyə Ərəbistanı vətəndaşlarının şəxsi bank hesablarından xarici banklara köçürüblər. Həbs olunanlar arasında 3 Suriya, 3 Misir, habelə Yəmən, Pakistan və Türkiyə vətəndaşları var. Qrup şəklində qanunsuz pul köçürmələri ilə məşğul olan bu şəxslərin evlərindən 1 milyon rial (267 min dollar) vəsait götürülərək müsadirə olunub. Səudiyyə Ərəbistanının Prokurorluğu cinayətkar dəstə barəsində təhqiqat aparır.

Qeyd olunub ki, avqustda da Səudiyyə Ərəbistanından qanunsuz yollarla 500 milyon rial (133 milyon dollar) pul vəsaitini transfer edən cinayətkar dəstənin üzvləri həbs olunub.