XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2020 - 09:37

Serbiyada silahlı insident:ölən və yaralanan var

Serbiyanın paytaxtı Belqradda baş vermiş silahlı insident zamanı bir nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Bu barədə ölkənin milli televiziyası “RTS”-də məlumat yayılıb.

Atışma Vojdovas rayonunda baş verib. Hücumu həyata keçirən şəxslər iki nəfəri ağır yaralayıb, həmin şəxslərdən biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onların əməliyyat planı nəticəsində tutulduqları bildirilir.

“Tanyug” xəbər agentliyinin verdiyi məlumata görə, atışma “Srvena Zvezda” stadionu yaxınlığında baş verib. Yaralanan 21 yaşlı gənc bir neçə dəfə narkotika alveri, polisə müqavimət və oğurluq əməlləri üzrə mühakimə olunub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /APA