XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Sentyabr 2020 - 09:52

Yaponiyada yüz minlərlə sakin güclü təxliyə olunur –"Hayşen" qasırğasına görə

Yaponiyanın cənubunda və cənub-qərbində “Hayşen” qasırğasının yaxınlaşması səbəbindən yüz minlərlə sakinə təxliyə olunmaq barədə xəbərdarlıq olunub.

Ölkənin Milli Meteoroloji İdarəsi bazar günü tayfunun qısa müddətdə rekord həcmdə yağıntı gətirəcəyi ilə bağlı məlumat yayıb.

Meteoroloqlar gün ərzində 600 mm-dək yağışın yağacağını ehtimal edirlər. “Kyodo” agentliyinin verdiyi məlumata görə, Okinava, Kaqosima, Kumamoto və Naqasaki prefekturalarının 200 mindən çox sakininin evakuasiya olunması tapşırılıb. Bəzi bölgələrdə küləyin sürəti 50 m/s-yə çatır.

Supertayfunun yaxınlaşması səbəbindən bazar günü ölkənin cənub və cənub-qərbini Yaponiyanın qalan hissəsi ilə birləşdirən 550-dən çox daxili aviareyslər ləğv edilib. Dəmir yolu operatoru “JR West” öz növbəsində 7 sentyabrdan etibarən ölkənin qərbində və cənub-qərbində sürətli qatarların hərəkətini dayandırmağa, habelə pis hava şəraiti səbəbindən Yaponiyanın mərkəzi və qərb bölgələri arasında reyslərin sayını azaltmağa qərar verib.

“Toyota”, “Honda” və “Mitsubishi Heavy Industries” kimi böyük şirkətlər güclü qasırğaya görə bölgədəki zavod və müəssisələrini dayandırmağa məcbur olub. Həmçinin böyük marketlər şəbəkəsi olan “7-Eleven” tayfun zamanı cənub və cənub-qərbi prefekturalarda 1650 mağazanın müvəqqəti bağlandığını elan edib.

Hazırda “Hayşen” qasırğası Sakit okean boyunca Yaponiyanın ən cənub bölgəsi Okinava istiqamətində 20 km/saat sürəti ilə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti 70 m/s-yə çatır. Qasırğanın bazar günü gecə Yaponiyanın cənub bölgəsinə çatacağı gözlənilir.

Ölkənin Baş naziri Sindzo Abe cümə günü hökumətin təcili toplantısını keçirib və əhalinin mühafizəsi üçün lazımi tədbirlərin görülməsinə dair tapşırıqlarını verib. Cənub-qərbi prefekturaların rəsmiləri rekord dərəcədə yağan yağışların daşqınlara yol açmaması üçün bölgədə yerləşən 20 bənddə suyu boşaldıblar./APA