XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 13:01

Belarus müxalifətinin liderlərindən biri Maria Kolesnikova qaçırılıb

Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova qaçırılıb.

Maria Kolesnikova bu gün səhər Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılıb.

Hadisə şahidləri bildirib ki, Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Hazırda onun telefonu cavab vermir.

Həbsdə olan Belarus prezidentliyinə namizəd Viktor Babarikonun qərargahının nümayəndəsi Maria Kolesnikova seçki kampaniyası zamanı digər qeydiyyatdan keçməmiş namizəd Valeri Tsepkalonun həyat yoldaşı və prezidentliyə namizəd Svetlana Tixanovskaya  ilə birlikdə mitinqlərdə çıxış edən “Qadın Üçlüyü”nün iştirakçısı kimi məşhurlaşıb. O, hazırda Belarusda olan  “üçlüyün” son üzvüdür. Kolesnikova bir gün əvvəl Minskdə baş tutan kütləvi etiraz yürüşündə iştirak edib. (apa)