XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 16:11

Rusiya səfiri Serbiya XİN-ə çağırılıb –Mariya Zaxarovanın paylaşımına görə

Rusiya səfiri Serbiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Rusiyalı diplomat Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın rəsmi “Facebook” hesabındakı paylaşımı ilə bağlı vəziyyəti “şifahi izah etmək üçün” Serbiya XİN-ə çağırılıb.

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “Facebook” sosial şəbəkədəki səhifəsində Ağ Evdə Serbiya Prezidenti Aleksandr Vucicin amerikalı həmkarı Donald Trampın masasının qarşısında stulda oturduğu fotoşəkil paylaşıb.

Sonra isə Zaxarova həmin fotoşəklin altından məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını qaldırıb ayağının üstünə qoyduğu kadrdan görüntünü əlavə edib. Bu paylaşıma Serbiya hökuməti sərt reaksiya verib. Rusiya XİN sözçüsü üzr istəyərək paylaşmının yanlış anlaşıldığını bildirib. (apa)