XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 20:23

Daha bir ölkə xarici turistləri qəbul etməyə başlayır

Mərakeşin milli aviaşirkəti ölkəyə vizasız girişinə icazə verilən dövlətlərin Mərakeşdə hotel bronlaması və ya yerli şirkətdən dəvəti olan bütün vətəndaşlarının qəbuluna başlanacağını elan edib.

Bu barədə “TourDom.ru” portalı məlumat verib.

Bildirilib ki, Mərakeşə daxil olmaq üçün əcnəbilər COVID-19 testindən keçdiklərini və testin cavabının mənfi olduğunu sübüt edən sənədi təqdim etməlidirlər.

Yerli mediada turistlərin və işgüzar səyahətçilərin sentyabrın 10-dan etibarən Mərakeşə daxil ola biləcəkləri yazılıb. Məhz bu tarixdə ölkədə fövqəladə vəziyyətin sona çatdırılması planlaşdırılır. (report)