Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ölkənin Mardin vilayətinin Nisaybin rayonunda keçirdiyi antiterror əməliyyatları zamanı 5 əsgər şəhid olub.
TSQ-nin Baş Qərargahının yaydığı məlumata görə, əsgərlər PKK terrorçularının əvvəlcədən yola basdırdıqları bombanın partlaması nəticəsində həlak olublar. Nəticədə yaralanan digər 4 əsgər və bir nəfər polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Türkiyə hökuməti Novruz bayramı ilə əlaqədar olaraq güclü təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.
Bundan başqa, ölkə KİV-ləri martın 19-da Taksimdəki qanlı terror aktından sonra 3 nəfər terrorçu-kamikadzenin axtarışa verildiyi barədə məlumat yayıb(Azərtac).