XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 21:15

Avropa Birliyi ilə Türkiyə arasındakımiqrant sazişi qüvvəyə mindi

Avropa Birliyi (AB) ilə Türkiyə arasında miqrant böhranın çözülməsinə dair saziş rəsmən qüvvəyə minib.

BBC xəbər verir ki, sazişin şərtlərinə görə, Yunanıstana gələn və AB-də sığınacaq alınması barədə müraciəti təmin edilməyən miqrantların bundan sonra Türkiyəyə geri göndəriləcəyi gözlənilir.

Sazişin qüvvəyə minməsi ərəfəsində Yunanıstan adalarına miqrant axını nəzərəçarpacaq dərəcədə artıb.

Yunanıstan yeni qaydaları dərhal işə sala bilməyəcəyi barədə xəbərdarlıq edib. Bazar günü yeni qaydalar işə düşdükdən sonra könüllülər Yunanıstanın Lesbos adalarına ilk gələn miqrantları qarşılayıblar.

Razılaşdırılmış plana uyğun olaraq Türkiyəyə geri göndərilən hər bir suriyalı miqrantın əvəzinə Türkiyədəki düşərgələrdə məskunlaşmış bir suriyalı qaçqın AB-də yerləşdiriləcək.