XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 22:15

Gürcüstan sərhədlərini açmağa hazırlaşmır –Səhiyyə naziri

Gürcüstan hökuməti hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hələ hazırlaşmır.

Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze “İmedi” telekanalının efirində bildirib.

O, digər ölkələrdə koronavirusun yayılması ilə bağlı vəziyyətin pisləşdiyini deyib:

“Biz digər ölkələrdə dinamikanı müşahidə edirik və görürük ki, vəziyyət yaxşı istiqamətdə inkişaf etmir, əskinə pisləşir. Buna görə də bu gün digər ölkələr üçün sərhədlərin açılması ilə bağlı məsələ gündəlikdə dayanmır”.

Qeyd edək ki, Gürcüstan avqust ayından sərhədlərini yalnız Fransa, Almaniya, Latviya, Litva və Estoniya üçün açıb. Bu 5 ölkəyə Tbilisi hava limanından həftədə 2 dəfə müntəzəm aviareyslər həyata keçirilir. (report)