XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2020 - 22:29

“Məktəblərdə əyani təhsillə distant təhsil birlikdə olacaq” –Ərdoğan

“Valideynlərin seçiminə görə məktəbləri yeni tədris ilinə açıq elan etdik. Əyani təhsillə distant təhsil birlikdə olacaq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident Administrasiyasında keçirilən növbəti toplantısından sonra çıxış edərkən belə deyib.

Prezident yeni növ koronavirusla (COVID-19) mübarizədə daha yaxşı həll yolu tapılana qədər gigiyena, maska və sosial məsafə qaydalarına ciddi şəkildə əməl etmənin vacib olduğunu deyib: “Bir milyon 100 min səhiyyə işçimiz sağlamlığımızın keşiyində layiqincə durur. Lakin vətəndaşlarımız tədbirlərə düzgün əməl etməyincə xəstəliyə qalib gəlməmiz mümkün deyil. COVID-19-a gündəlik yoluxma sayını 100-dən aşağı düşürməliyik”.

Ərdoğan Türkiyədə kafe və restoranlarda qaydaların sərtləşdiriləcəyini, ictimai nəqliyyatda ayaqüstə sərnişin daşınmasına yol verilməyəcəyini bildirib. (apa)