XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 23:39

Rusiya səfiri Navalnı məsələsinə görə Britaniya XİN-ə çağırılıb

Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Britaniya hökumətinin Aleksey Navalnının “Noviçok” maddəsi ilə zəhərlənməsi ilə bağlı dərin narahatlığı Rusiya hökumətinə çatdırılıb.

“Xarici İşlər naziri qadağan olunmuş kimyəvi maddənin istifadəsinin və bunun öndə gələn rus müxalifət liderinə qarşı işlədilməsinin qətiliklə qəbuledilməz olduğunu bildirib. Bu hadisə Rusiya torpağında, Rusiya vətəndaşına qarşı baş verib. Rusiya bununla bağlı cavab verməlidir. Onların yerinə yetirmək üçün beynəlxalq öhdəlikləri var. Bu, cəmiyyətlərimizin təhlükəsizliyini təmin edən beynəlxalq qaydalara qarşı hücumdan başqa bir şey deyil”.

Bəyanatda qeyd edilib ki, Rusiya Navalnının zəhərlənməsi ilə bağlı tam, şəffaf bir cinayət istintaqı aparmalıdır. (apa)