Ermənistanda daha 108 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 953-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 903-ə çatıb. İndiyədək 40 592 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 3 182 aktiv koronavirus xəstəsi var/Report.