“Qafqaz 2020” hərbi təlimlərində 9 xarici ölkənin hərbi kontingenti iştirak edəcək.
Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, sentyabrın 21-də start götürəcək hərbi təlimlərə daha 9 xarici ölkə müşahidəçi göndərəcək.
Şoyqu “Qafqaz 2020” komanda-qərargah təlimlərinin sentyabrın 21-26-da keçiriləcəyini açıqlayıb: “Təlimlərdə 9 xarici ölkənin hərbi kontingentinin iştirakı planlaşdırılır. Daha 9 ölkə isə Rusiyaya hərbi müşahidəçilər göndərəcək”.
Rusiyanın Müdafiə naziri hərbi təlimlərin əsasən Kapustin Yar və Aşuluk poliqonlarında, eləcə də Qara və Xəzər dənizləri akvatoriyalarında keçiriləcəyini bildirib: “Təlimlər Cənub hərbi dairəsinin Rusiyanın cənub-şərqində hərbi təhlükəsizliyi təminetmə qabiliyyətini qiymətləndirməyə imkan verəcək”.
Qeyd edək ki, Azərbaycan “Qafqaz 2020” hərbi təlimlərində iştirak etməyəcək. Azərbaycan Müdafiə Nazirliyi təlimlərə müşahidəçi göndərəcəyini açıqlayıb/APA.