XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2020 - 19:17

Vahid Milli Hərəkat Partiyası:"Saakaşvili Gürcüstana noyabrda qayıdacaq"

Mixeil Saakaşvili Gürcüstana noyabrda qayıdacaq.

Bu barədə Vahid Milli Hərəkat Partiyasının parlamentdəki fraksiya rəhbəri Roman Qotsiridze bildirib.

Müxalifətçi deputatın sözlərinə görə, sabiq prezidentin seçkilərdən öncə Gürcüstana dönməsi özünün də dediyi kimi qeyri-sabitlik yarada bilər: “Mixeil Saakaşvilinin ölkəyə qayıdışı hökumətin dəyişməsindən sonra, yəni noyabrda baş verəcək”.

R.Qotsiridze deyib ki, M.Saakaşvili müxalifətin seçkilərdə qələbəsi üçün əsas faktor olacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Ötən gün ölkənin birləşmiş müxalifəti baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb.