XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 23:34

Moskva Vaşinqtonu danışıqlara çağırdı

Rusya'dan ABD'ye acil 'toplanalım' çağrısı

Rusiya ordusunun Baş Qərargahı ABŞ-a Suriyada atəşkəsə nəzarətin tətbiqi məqsədilə bir mexanizm qurulmasını təklif edib.

Strateq.az-ın məlumatına görə, təklifin müzakirəsi üçün ABŞ-ı təcili toplantıya çağıran rus hərbi yetkililəri müsbət cavab almayacaqları təqdirdə, 22 martdan etibarən təkbaşına hərəkət edəcəklərini də vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin təklifi şərh edən yazılı açıqlamasında qeyd olunub: "Suriyada atəşkəs rejiminin pozulmasına qarşı veriləcək cavab qaydalarının müəyyənləşdirilməsinin və icrasının daha çox gecikməsi qəbul edilə bilməz. Provokativ hərəkətlər və top atışları səbəbiylə hər gün günahsız insanlar ölməkdədir”.

Açıqlamada rus və amerikalı heyətlərin toplantısının Moskvada və ya hər hansı başqa bir şəhərdə keçirilə biləcəyi təklif olunur.