XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2020 - 22:22

“Amazon” xaricdə istehsal olunan toxumların ABŞ-da satışını qadağa edib- Bu səbəbdən

Dünyanın ən iri internet-riteylerindən biri sayılan “Amazon.com Inc.” Çinin poçt möhürü vurulmuş bir sıra şübhəli göndərişlərdən sonra ABŞ-a xaricdən göndərilmiş toxumların öz məkanında satışına qadağa qoyub.

Şirkət əcnəbi satıcılara xəbərdarlıq edib ki, sentyabrın 3-dən onlar ABŞ-a bitki və toxumları idxal edə bilməyəcəklər. Şirkət bildirib ki, öz məhsullarını ABŞ-dakı alıcılara birbaşa göndərən əcnəbi satıcıların sifarişləri elə həmin gün ləğv ediləcək. Riteyler onun anbarlarından istifadə edən satıcıların sifarişlərini sentyabrın 30-dan başlayaraq ləğv etmək niyyətindədir.

Azərtac xəbər verir ki, “Amazon”un bəyanatında deyilir: “Bundan sonra biz toxumların yalnız ABŞ-da yerləşən satıcılar tərəfindən satışına icazə verəcəyik”.

“Amazon” şübhə yaradan toxum tədarükü ilə bağlı ABŞ-ın bir neçə qurumu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, sərhəd-gömrük və poçt xidmətləri ilə aparılan təhqiqatlar fonunda yeni qaydalar tətbiq edib. ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi bəyan edib ki, avqustun ortalarında nazirlik bütün ölkə üzrə vətəndaşlardan 9 mindən çox elektron məktub alıb. Bu vətəndaşlar bildirirlər ki, onların ünvanına Çindən içərisində toxum olan paketlər göndərilib. Halbuki onlar həmin məhsulları nə alıb, nə də istəyiblər.

Rəsmi şəxslərin sözlərinə görə, bu toxumlarla bağlı əhvalat onlayn-dələduzluğun bir növüdür ki, insanlar satıcıdan arzulamadıqları məhsulu alırlar, sonra isə həmin satıcı satışı artırmaq məqsədilə alıcının saxta şərhlərini dərc edir, çünki satılan məhsul barəsində hər hansı şərh “Amazon” səhifələrində böyük reytinqə gətirib çıxarır.