XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2020 - 22:33

Almaniyada COVID-19-a qarşı mübarizə tədbirləri sərtləşdirilir

Koronavirus infeksiyasına yoluxanların sayının kəskin artması ilə əlaqədar Almaniyanın bəzi federal əyalətləri bu infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirmək qərarına gəliblər.

Bu məsələ ölkənin cənub rayonlarında xüsusilə kəskinləşib. Təkcə Bavariyada hər gün 250-yə yaxın test müsbət nəticə verir. Bəzi şəhərlərdə bu göstərici maksimal həddi aşdığına görə, indiyə qədər mövcud karantin məhdudiyyətlərinə bir sıra yeni tələblər əlavə edilir.

Məsələn, maska taxmağın məcburiliyi, sosial məsafəyə riayət edilməsi və iştirakçıların sayı çox olan tədbirlərin qadağan edilməsi ilə bərabər indi məktəblilərin dərs məşğələlərinə respirator qoruyucu vasitələr ilə gəlmələri tələbi də əlavə olunub.

Turistlərin çoxu kurortlardan Almaniyaya qayıdarkən infeksiyaya yoluxmuş olur, bu səbəbdən vəziyyət daha da gərginləşir(azərtac).