XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2020 - 23:11

Türkmənistanda beynəlxalq mediaforum keçiriləcək- Bu tarixdə

Sentyabrın 16-da Türkmənistanda beynəlxalq mediaforum keçiriləcək.

Azərtac xəbər verir ki, forum Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə təşkil olunacaq.

Mediaforum aparıcı siyasətçilərin, eləcə də Türkmənistanda akkreditə olunmuş xarici KİV rəhbərləri və nümayəndələrinin iştirak ilə onlayn formatda keçiriləcək.

Xatırladaq ki, Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə dekabrın 11-12-də Aşqabadda “Neytrallıq siyasəti və beynəlxalq sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinin əhəmiyyəti” adlı beynəlxalq konfrans keçiriləcək.