XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 14:03

Lukaşenko Navalnı ilə bağlı telefon danışığı haqda:"Sensasiyalı hissə yayımlanmayıb"
Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksey Navalnı ilə bağlı telefon danışığının sensasiyalı detallardan ibarət hissəsinin yayımlanmadığını deyib. 
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti ilə müsahibədə olan “Danışır Moskva” radiosunun baş redaktrou Roman Babayan deyib.
Onun sözlərinə görə, Aleksandr Lukaşenko həmin səs yazısının Rusiya Federal Təhlükəsizlik Xidmətinə təqdim olunduğunu bildirib.
“Siz təsəvvür edə bilməzsiniz ki, bizdə necə bir məlumat var”, Prezident Lukaşenko əlavə edib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib. A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır: “Danışığı bizim radioelektron hərbi kəşfiyyat ələ keçirib”.
Polşa və Almaniya hökumətləri bu məlumatın həqiqəti əks etdirmədiyini bəyan edərək belə bir telefon danışığının olmadığını bildiriblər.

Xatırladaq ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.