XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 14:12

İran genişmiqyaslı hərbi təlimə başlayır- Sabah

İran ordusu sentyabrın 10-da “Zülfikar-99” adlı genişmiqyaslı hərbi təlim keçirəcək.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin koordinatoru admiral Həbibullah Səyyari sentyabrın 9-da keçirdiyi mətbuat konfransında bildirib.

“İran İslam Respublikası ordusunun quru, dəniz və hava qüvvələrinin iştirakı ilə “Zülfikar-99” adlı genişmiqyaslı hərbi təlimə sabah başlanacaq”, – o bildirib.

Onun sözlərinə görə, təlim Hörmüz boğazı, Makran sahilləri, Umman dənizi və Hind okeanının şimal hissəsində iki milyon kvadrat kilometrlik sahədə keçiriləcək.