XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 15:14

Donald Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Norveçin Tərəqqi Partiyasından olan deputat Kristian Tibrinq-Gedde ABŞ prezidenti Donald Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, məlumatı “Fox News” yayıb.

Deputat hesab edir ki, D.Tramp dünyada münaqişələrin həlli istiqamətində böyük səylər göstərir və buna görə Nobel Sülh mükafatına layiqdir.

Onun sözlərinə görə, ABŞ prezidenti İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yaranmasında aparıcı rol oynayıb.

Qeyd edək ki, ötən il də D.Trampın Nobel Sülh mükafatına namizədliyi irəli sürülmüşdü.