XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 20:21

CHP-nin sözçüsü koronavirusa yoluxub

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sözçüsü Faik Öztrak koronavirusa yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Faiq Öztrak özünün twitter səhifəsində yazıb.

COVID-19 testinin pozitiv çıxdığını qeyd edən CHP sözçüsü səhhətinin normal olduğunu, bir neçə həftə evdən fəaliyyət göstərəcəyini bildirib.

Öztrak yaxın günlərdə onunla maskasız ünsiyyətdə olan hər kəsin müayinədən keçməsini xahiş edib.