XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Sentyabr 2020 - 11:38

Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb –1 nəfər isə ölüb

Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 326-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 906-ya çatıb. İndiyədək 41 233 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 2 908 aktiv koronavirus xəstəsi var/Report.